Rusiyalı nazir qəzaya düşdü

Dünya

21.02.2025 15:33

1472

Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lutun avtomobili qəzaya düşüb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, nazirin “Aurus” markalı xidməti maşını Moskvanın mərkəzində "Mercedes" avtomobili ilə toqquşub.

Oksana Lutun qəza zamanı xəsarət almadığı və işini davam etdirdiyi qeyd edilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Nicat Osman

tag: Rusiya ,Kənd,Nazir,Oksana Lut,Qəza,todaypress.az,