Rusiyalı nazirə sanksiya tətbiq olundu
Estoniyanın
xarici işlər naziri Marqus Tsahkna idman naziri və Rusiya Olimpiya Komitəsinin
(ROK) rəhbəri Mixail Deqtyarev, "EuroChem" qrupunun keçmiş rəhbəri
Vladimir Raşevski, Vyaçeslav Kantor və iş adamı Əlişir Usmanovun bacısı
Gülbahor İsmayılovaya qarşı Avropa İttifaqının siyahısından çıxarıldıqdan sonra
sanksiya tətbiq edib.
TodayPress xəbər verir ki, bu barədə Tsahkna sosial şəbəkədə bildirib.
“Mən Macarıstanın
təzyiqi ilə Aİ-nin sanksiya siyahısından çıxarılan Kantor, Deqtyarev və
İsmayılovaya qarşı dövlət maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldim” deyə o qeyd edib.
tag: Rusiya, Sanksiya, Estoniya, Mixail, Olmpiya, Avropa, todaypress.az,