Rusiyalı yüksək vəzifəlilərin Britaniyaya girişi qadağan edildi
Böyük Britaniya rusiyalı yüksək rütbəli siyasətçilər, məmurlar və iri şirkət rəhbərlərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Bu addım Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümündə qüvvəyə minəcək.
Britaniya Daxili İşlər Nazirliyinin qərarına əsasən, regional və federal nazirlər, iri şirkət rəhbərləri və yüksək səviyyəli menecerlər məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq.
London bu addımla Rusiyaya təzyiqi artırmaq və iddia edilən “milli təhlükəni” azaltmaq niyyətindədir.
Nicat Osman
tag: Böyük Britaniya,Rusiya,Vəzifəli ,Giriş,Qadağan,todaypress.az,