Rusiyanın 6 vilayətinə hücum edildi – 4 bölgədə təhlükə xəbərdarlığı olundu

Dünya

15.03.2025 13:30

1414

Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin 6 vilayətində Ukraynanın 126 pilotsuz təyyarəsini məhv edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Volqoqrad vilayətində 64, Voronej vilayətində 38, Belqorod vilayətində 14, Rostov vilayətində 2, Bryansk vilayətində 7 və Kursk vilayətində 1 pilotsuz təyyarə vurulub.

Pilotsuz təyyarələrin hücumu nəticəsində regionun müxtəlif ərazilərində bir neçə fərdi evə ziyan dəyib.

Voronej vilayətində tələfat və dağıntı yoxdur.

Həmçinin Şimali Osetiya, Krım, Rostov və Samara vilayətlərində pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib.

Saratov və Volqoqrad hava limanlarının fəaliyyəti dayandırılıb.

tag: Rusiya,Ukrayna,Münaqişə,PUA,Todaypress.az,