Rusiyanın bəzi ərazilərində zəlzələlər proqnozlaşdırılır
Kalininqrad
vilayətində, Krımda, Şimali Qafqazda və Krasnodar diyarında zəlzələlər ola
bilər.
TodayPress
xəbər
verir ki, bu barədə rusiyalı fizika-riyaziyyat elmləri doktoru, Rusiya
Elmlər Akademiyasının Yerin Fizika İnstitutunun Seysmik Təhlükə
Laboratoriyasının rəhbəri Aleksey Zavyalov deyib.
O,
Kalininqrad vilayətində zəlzələnin nisbətən yaxınlarda, 2000-ci illərin birinci
yarısında baş verdiyini vurğulayıb. O zaman körpülər, dəmir yolları dağıdılıb.
Zavyalov
əlavə edib ki, Moskvanın yerləşdiyi yer qabığı zəlzələ yaratmır və bu səbəbdən
orada zəlzələlər gözlənilmir.
tag: Rusiya, Z'əlzələ, Proqnoz, Krım,Krasnoda, todaypress.az,