Rusiyanın daha bir hava limanı fəaliyyətini dayandırdı
Rusiyanın Ufa beynəlxalq hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TodayPress xəbər verir ki, bu barədə yanvarın 24-də səhər saatlarında Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Artem Korenyako “Telegram” kanalında məlumat verib.
"Ufa hava limanında da təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib"məlumatda deyilir.
Bundan əvvəl Kazan, Nijnekamsk, Penza, Samara və Saratov hava limanlarında təyyarələrin fəaliyyəti ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
Töhfə Səməd
tag: Rusiya,Hava limanı,Uçuş,Samara,Ufa,Todaypress.az,