Rusiyanın iki hava limanına məhdudiyyətlər tətbiq edildi
Rusiyanın Kazan və İjevsk hava limanlarında təyyarələrin gəlişi və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
TodayPress xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Aydınlaşdırılıb ki, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib.
"Telegram"da yayımlanan “Shot” kanalı Ukrayna PUA-larının hücumu səbəbindən iki hava limanında “xalça” rejiminin tətbiq edildiyini bildirib.
Töhfə Səməd
tag: Rusiya,Kazan,İjevsk,Havalimanı ,todaypress.az,