Rusiyanın PUA bazası vuruldu: 20-yə yaxın hərbçi öldü

Dünya

05.05.2025 21:40

13

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya Ordusunun Kursk vilayətində yerləşən pilotsuz uçuş aparatları bölmələrinin idarəetmə məntəqəsinə zərbə endirib.

TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın təxminən 20 hərbçisi ölüb, ərazidə olan texnikasının bir hissəsi isə sıradan çıxarılıb.

tag: Ukrayna, Kursk, Rusiya, Texnika, todaypress.az,