Rusiyanın xarici borcu artdı

Dünya

11.04.2025 20:09

19

Rusiyanın xarici borcu 2025-ci il aprelin 1-nə 312,4 milyard dollar təşkil edib ki, bu da 2025-ci ilin əvvəlindəki göstəricidən  22,1 milyard dollar çoxdur.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Rusiya Bankının hesablamalarına görə, 2025-ci il aprelin 1-nə Rusiyanın xarici borcu 2025-ci ilin əvvəlindən  7,6% artaraq 312,4 milyard ABŞ dolları təşkil edib.

Bu il yanvarın 1-nə Rusiyanın xarici borcu 290,3 milyard dollar təşkil edib.

Aynur TAC

tag: Rusiya, Borc, Xarici, Bank,Milyard, todaypress.az,