Rusiyaya 19 ölkə lideri səfər edəcək
Mayın 9-da Rusiyada keçiriləcək Qələbə Paradında 19 ölkə lideri iştirak edəcək.
TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Tədbirə MDB dövlət başçıları ilə yanaşı, Braziliya, Venesuela, Vyetnam, Kuba, Serbiya və Burkina-Faso prezidentləri də qatılacaq.
Çin prezidenti Si Cinpin və Slovakiya Baş naziri Robert Fico da iştiraklarını təsdiqləyiblər. Hindistan və Monqolustanın liderləri isə dəvət olunsalar da, hələ cavab verməyiblər.
BMT baş katibi Antonio Quterreşin isə mərasimdə iştirak etməyəcəyi bildirilib.
Türkan İsgəndərli
tag: Rusiya,Parad,Moskva,Qələbə,todaypress.az,