Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər
Sakson Baş naziri Mişel Kretşmer Almaniya və digər Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını qəti şəkildə rədd etməsini tənqid edib.
TodayPress xəbər verir ki, o, bu barədə "DPA" agentliyinə danışıb.
Kretşmer Almaniyada anti-Rusiya sanksiyalarının yumşaldılması məsələsini müzakirə etməyə çağırıb.
"Bu sanksiyalardan hansının bizə Rusiyadan daha zərərli ola biləcəyi ilə bağlı davamlı müzakirələr aparılmalıdır. Amma bu, baş vermir" o, deyib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı “istəklilər koalisiyası”nın iclasından sonra Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini "vaxtından əvvəl" adlandırıb.
Fransa lideri Parisdəki görüşün digər iştirakçılarının da bu mövqe ilə razılaşdığını vurğulayıb.
Almaniya kansleri Olaf Şolts və İngiltərənin Baş naziri Kir Starmer də eyni fikirdədir.
Töhfə Səməd
tag: Rusiya,Almaniya,Sanksiya,Yumşalma,Mişel Kretşme,Todaypress.az,