Rutte Bosniyadakı vəziyyəti qiymətləndirdi
“Şimali Atlantika Alyansı Bosniya və Herseqovinada təhlükəsizlik boşluğunun yaranmasına imkan verməyəcək”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.
“Bu, 1992-ci il deyil. Biz təhlükəsizlik boşluğunun yaranmasına imkan verməyəcəyik” deyə alyansın Baş katibi bildirib.
Xatırladaq ki, fevralın 26-da Sarayevodakı Bosniya və Herseqovina Məhkəməsi Serb Respublikası Prezidenti Milorad Dodiki Kristian Şmidtin qərarlarına tabe olmamaqda təqsirli bilib və qiyabi olaraq 1 il həbs və 6 il dövlət qulluğuna qadağa qoyub.
Aysel Mətləb
tag: NATO,Mark Rutte,Bosniya,Herseqovina,Todaypress.az,