Rutte: "Ukraynanın NATO-ya qəbulu artıq gündəmdə deyil"
NATO-nun baş katibi Mark Rutte təsdiqləyib ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsi artıq gündəmdə deyil.
TodayPress xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində deyib.
ABŞ prezidentinin “Ukraynanın NATO-ya daxil olması məsələsini danışıqlar masasından çıxarmasının doğru olub-olmaması” ilə bağlı suala Rutte “Bəli” cavabını verib.
O, həmçinin bəyan edib ki, atəşkəs bağlanacağı təqdirdə NATO Ukraynada atəşkəsin təmin edilməsində iştirak etməyəcək.
Aysel Mətləb
tag: Mark Rutte,NATO,Baş Katib, Rusiya, Avropa, Ukrayna, todaypress.az,