Rutte Zelenskinin Haaqa sammitində iştirakı barədə danışdı

Dünya

05.04.2025 12:20

2949

NATO-nun baş katibi Mark Rutte Haaqada keçiriləcək növbəti sammitin proqramının hələ tam formalaşmadığını və buna görə də Ukrayna prezidenti Volodimir Zelenskinin tədbirdə iştirak edib-etməyəcəyinin dəqiq olmadığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Sammitlə bağlı hələ heç bir təfərrüatımız yoxdur, bu səbəbdən məsələ sonradan dəqiqləşəcək” deyə Rutte bəyan edib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı hələ Zelenskini tədbirə dəvət edib-etməmək barədə yekun qərar verməyib.

Qeyd olunur ki, Haaqada planlaşdırılan bu sammit NATO ilə Rusiya arasındakı münasibətlərin, xüsusilə də Ukrayna müharibəsi fonunda “dondurulmasından” sonra yeni mərhələyə keçidi simvolizə edə bilər.

Qiymət Mahir

tag: Mark Rutte,NATO,Baş Katib, Rusiya, Avropa, Ukrayna, todaypress.az,