"Rutube" Özbəkistanda bloklandı

Dünya

17.04.2025 16:15

12

Özbəkistanda "Rutube" video hostinqi bloklanıb.   

TodayPress xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb. 

Nəşrin yazdığına görə, platformaya keçərkən istifadəçilər Nazirlər Kabinetinin 2018-ci ilin sentyabrından qəbul edilmiş qərarına əsasən resurs məhdudiyyətləri ilə bağlı mesajlar görürlər.   

"Baza" iddia edir ki, sayt müharibə, zorakılıq və terrorizmin təbliği, milli, irqi, etnik və ya dini nifrət doğuran məlumatların yayılmasına görə bloklana bilər.  Özbəkistan hakimiyyəti hələ ki, blokadaya münasibət bildirməyib.  Xatırladaq ki, eyni hadisə aprelin 6-da Türkiyədə də baş verib.

"Rutube"a giriş İnformasiya Texnologiyaları və Rabitə Qurumunun qərarı ilə resursda qeyri-qanuni qumar oyunları ilə bağlı reklamlar yer aldığı üçün bloklanıb. 

Videohostinq xidmətinin nümayəndələri Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumundan, o cümlədən platformada qanunsuz məzmunun yerləşdirilməsi faktı ilə bağlı heç bir sorğu və ya sifariş almadıqlarını bildiriblər. 

Qeyd edək ki,  "Rutube" Rusiyaya məxsus video hostinq platformasıdır. Mahiyyət etibarilə "Netflix"ə bənzəyir. 

Töhfə Səməd

tag: Rutube,Platforma,Blok,Özbəkistan,Todaypress.az,