Ryabkov: “Münaqişə yenidən alovlana bilər”

Dünya

24.02.2025 12:08

2962

“ABŞ Ukraynada tez bir zamanda atəşkəsə nail olmağa çalışır, lakin münaqişənin uzunmüddətli həlli və onun səbəblərinin aradan qaldırılması olmadan bu addım döyüşlərin yenidən başlanmasına gətirib çıxara bilər”.

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

“Uzunmüddətli nizamlanma olmadan atəşkəs yalnız yeni müharibəyə və münaqişənin bərpasına yol açacaq” deyə o bildirib. 

Ryabkov hesab edir ki, Ukraynada döyüşlərin yenidən qızışması Moskva və Vaşinqton arasındakı münasibətlər üçün ciddi fəsadlar törədə bilər.

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Sergey Ryabkov,Rusiya,todaypress.az,