Ryabkov Rusiya-ABŞ münasibətlərindən danışdı
“Rusiya-Amerika münasibətləri pozulmaq ərəfəsindədir”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib.
“Biz dəfələrlə demişik ki, Rusiya və ABŞ arasındakı münasibət qırılma həddində balanslaşır” nazir müavini deyib.
Ryabkov vurğulayıb ki, ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyası hibrid müharibəyə köklənərək, öz sənədlərini bu əsasda formalaşdırıb. Nəticədə Rusiya ilə ABŞ arasında münasibətlərin qarşıdurma məzmunu artıb və kəskin xarakter alıb.
Xatırladaq ki, bir müddət öncə Ryabkov ABŞ-nin Rusiya ilə münasibətləri normallaşdırmaq üçün ilk addımı atmalı olduğunu vurğulamışdı.
Aysel Mətləb
tag: Rusiya,Amerika,Rusiya XİN,Sergey Ryabkov,todaypress.az,