Saakaşvili: "Mən ömürlük həbsdəyəm"

Dünya

12.03.2025 14:21

1619

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü "sürpriz" adlandırıb.

TodayPress xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb. 

Sabiq prezident bildirib ki, bu cəza onun üçün praktiki olaraq ömürlükdür.   

Qeyd edək ki, martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. 

Siyasətçi 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub. Bu iş Gürcüstanda “gödəkçə işi” kimi tanınır. İttiham tərəfinin fikrincə, ölkənin keçmiş prezidenti dövlət vəsaitindən gödəkçələr, paltolar, bahalı saatlar alıb, oğlunun təhsil haqqını ödəyib, həmçinin bir sıra kosmetik prosedurlar keçirib, lüks avtomobillər və təyyarə icarəyə götürüb. 

Həmçinin 2004-2013-cü illərdə ölkəyə rəhbərlik etmiş Saakaşvilinin prezidentliyi dövründə törədilmiş cinayətlərin araşdırılmasına başlanılacaq. Bununla bu ilin fevralında Gürcüstan parlamentində yaradılmasına səs verilən xüsusi komissiya məşğul olacaq. 

Töhfə Səməd

tag: Saakaşvili ,Gürcüstan ,Məhkəmə,Həbs,Todaypress.az,