Saakaşvilinin hökmü təxirə salındı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin işi üzrə hökmün oxunması martın 17-dək təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Bu gün keçirilən iş üzrə sonuncu məhkəmə iclasında hakim Saakaşviliyə yekun çıxış etmək imkanı verib. Lakin keçmiş gürcü lideri bundan imtina edib.
Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə Gürcüstana qayıtdıqdan dərhal sonra sərhədi qanunsuz keçməkdə ittiham olunub. O, buna görə 5 ilə qədər həbs cəzası ala bilər.
Türkan İsgəndərli
tag: Saakaşvili,Gürcüstan,Hökm,Həbs,Todaypress.az,