Sabiq Baş nazir prezident seçkilərində iştirak edəcək
Cənubi Koreyanın keçmiş Baş naziri Han Dok Su prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
O, seçkilərdə qalib gəlmək üçün əlindən gələni edəcəyini deyib.
Han Dok Su vəd edib ki, prezident seçilsə, konstitusiya islahatları aparacaq və üç ildən sonra istefa verəcək.
Keçmiş nazir, həmçinin ABŞ ilə ticarət münasibətlərini yaxşılaşdırmaq üçün öz iqtisadi təcrübəsindən istifadə etmək istədiyini bildirib.
Qeyd edək ki, seçkilər iyunun 3-də keçiriləcək. Hazırda prezidentlik müddəti beş ildir.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Prezident,Baş nazir,Seçki,todaypress.az,