Sabiq Baş nazir vəfat etdi

Dünya

14.04.2025 18:02

23

Malayziyanın keçmiş Baş naziri Abdulla Əhməd Bədəvi 85 yaşında vəfat edib. 

TodayPress xəbər verir ki, bu barədə onun kürəkəni və ölkənin keçmiş səhiyyə naziri Xairi Camaluddin məlumat verib. 

Bildirilib ki, o, Milli Ürək İnstitutunda vəfat edib. 

Qeyd edək ki, Abdulla Əhməd Bədəvi 1939-cu il noyabrın 26-da anadan olub.

O, bu illər ərzində ölkənin Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

2003-2009-cu illərdə Malayziyanın Baş naziri vəzifəsində çalışıb.   

Türkan İsgəndərli

tag: Malayziya,Baş Nazir,Ölüm,Abdulla Əhməd Bədəvi,Todaypress.az,