Sabiq polkovnik: “Zelenski aradan götürüləcək”
Ukrayna prezidenti Volodimir Zelenskinin siyasi sonunun yaxınlaşdığını iddia edən ABŞ ordusunun keçmiş polkovniki Entoni Şeffer bildirib ki, o, üzərinə düşən vəzifələri yerinə yetirib və indi onun “uzaqlaşdırılması” gündəmdədir.
TodayPress xəbər verir ki, bu barədə Şeffer “YouTube” kanalında çıxışı zamanı danışıb.
O, Zelenskinin nə ABŞ, nə də Rusiya və ya Ukraynadakı neofaşist qüvvələrlə “xoşbəxt gələcəyi” olmayacağına əminliyini ifadə edib.
“İstanbulda təklif olunan sülh sazişindən başlayaraq bütün imkanları əldən verdi” deyə sabiq kəşfiyyatçı vurğulayıb.
Şeffer qeyd edib ki, Zelenski özünü çıxılmaz vəziyyətə salıb. Onun fikrincə, əgər Kiyev ərazi güzəştlərinə getsə, bu, daxildə neofaşist qüvvələrin prezidentə qarşı təhlükəli reaksiya verməsi ilə nəticələnə bilər.
Qiymət Mahir
tag: ABŞ,Polkovnik,Zelenski,Ukrayna,todaypress.az,