Şahzadə Harri: “Birləşmiş Krallığa qayıtmaq istəyirəm”
Şahzadə Harri Birləşmiş Krallığa qayıtmaq istədiyini bildirib.
TodayPress xəbər verir ki, “BBC”yə müsahibəsində o, ailəsini, xüsusən də uşaqlarını və həyat yoldaşı Meqan Marklı Britaniyaya gətirə bilməməkdən təəssüfləndiyini deyib.
“Onlar çox şeyi itirirlər. Bəzi insanların davranışlarına baxmayaraq ölkəmi sevirəm və həmişə sevmişəm. Kədərlidir ki, uşaqlarıma vətənimi göstərə bilmirəm” deyə Harri bildirib.
O, ailəsi ilə barışmaq istədiyini də vurğulayıb:
“Bəzi ailə üzvləri mənim xatirələrimdə yazdıqlarımı və başqa məsələləri bağışlamayacaq. Amma mən barışmaq istəyirəm. Münaqişəni davam etdirməyin mənası yoxdur, həyat qiymətli bir nemətdir. Bilmirəm atamın nə qədər ömrü qalıb, amma mənimlə mühafizə qalmaqalına görə danışmır”.
Harri əlavə edib ki, barışıq yalnız həqiqətin qəbul olunması ilə mümkündür:
“Mən həmin həqiqətin bir hissəsini artıq paylaşmışam. Barışmaq istəyirəm, amma əgər onlar bunu istəmirsə, bu, onların seçimidir”.
Qiymət Mahir
tag: Şahzadə Harri,Birləşmiş Krallıq,Britaniya,Aİlə,todaypress.az,