Şahzadə Harri xeyriyyə fondunu tərk etdi
Britaniya şahzadəsi Harri “Sentebale” xeyriyyə fondunu ciddi daxili ziddiyyətlər fonunda tərk edib. Onunla birlikdə fondun digər təsisçisi, Lesoto şahzadəsi Sisi də təşkilatdan ayrılıb.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Nəşrin yazdığına görə, fond daxilindəki gərginlik və rəhbərliklə bağlı narazılıqlar Harri və bir neçə müvəkkilin istefası ilə nəticələnib.
Qalmaqala səbəb olan əsas məsələ fondun sədri Sofi Çandaukinin təşkilatın resurslarını əsasən Afrika ölkələrinə yönəltmək qərarı olub. Bu, bir sıra idarə heyəti üzvləri tərəfindən narazılıqla qarşılanıb və istefalarla nəticələnib.
Qeyd edək ki, 2006-cı ildə təsis edilən Sentebale fondu Lesoto və Botsvanada yoxsulluq, HİV və SPİD-lə mübarizə aparan insanlara yardım məqsədilə yaradılıb.
Qiymət Mahir
tag: Britaniya,Şəhzadə,Harri,Qalmaqal,Xeyriyyə,Fond,Todaypress.az,