“Samsung SDI” ABŞ-də yeni akkumulyator zavodu tikməyi planlaşdırır

Dünya

05.03.2025 15:14

1658

Cənubi Koreyanın “Samsung SDI” şirkəti ABŞ-də daha bir akkumulyator zavodu tikməyi nəzərdən keçirir. Bu plan prezident Donald Trampın elektromobil sektoruna subsidiyaların azaldılması ilə bağlı planlarına baxmayaraq müzakirə olunur.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şirkətin baş icraçı direktoru Çju Son Çoy Seulda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, hazırda bazarda tələbat ötən illə müqayisədə azalsa da, şirkət orta və uzunmüddətli perspektivdə stabil inkişaf üçün yeni zavodun tikintisini nəzərdən keçirir.

Samsung SDI” hazırda “General Motors” və “Stellantis NV” avtomobil şirkətləri üçün akkumulyatorlar istehsal edir və bu şirkətlərlə birlikdə İndiana ştatında yeni zavod inşa edir.

Məlumata görə, Cənubi Koreyanın “LG Energy Solution Ltd.” və “SK On” kimi şirkətləri ABŞ-də istehsal güclərini artırmaq üçün ümumilikdə 54 milyard dollar sərmayə yatırmaq öhdəliyi götürüblər. 

Qiymət Mahir

tag: Samsung,Cənubi Koreya,ABŞ,Yeni Zavod,Todaypress.az,