Şavkat Mirziyoyev Qələbə paradında iştirak edəcək

Dünya

03.05.2025 16:10

13

Özbəkistan prezidenti Şavkat Mirziyoyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı 9 Mayda Moskvada keçiriləcək Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, liderlər Böyük Vətən müharibəsində qələbənin xalqlar üçün xüsusi əhəmiyyətini vurğulayıblar.

Danışıqlar zamanı tərəflər, həmçinin, iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və regional səviyyədə təmasların davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qiymət Mahir

tag: Özbəkistan ,Şavkat Mirziyoyev , Vladimir Putin,Qələbə paradı,todaypress.az,