Senator: “Tramp və Vens zəiflik nümayiş etdirdilər”
“ABŞ dünyada ən güclü ölkədir, ancaq güc zəifləri əsarət altına almaqda deyil, onları müdafiə etməkdir”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin Nyu-Cersi ştatının senatoru Kori Buker öz “X” sosial şəbəkə hesabında yazıb.
Senator qeyd edib ki, ABŞ pisliyə qarşı mübarizədə möhkəm dursa, ən yaxşı olar bilər.
O, ABŞ prezidenti Donald Tramp və Amerikanın vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə zəiflik nümayiş etdirdiklərini bildirib.
Buker vurğulayıb ki, onlar böyük titullarına baxmayaraq, ABŞ-nin tarixini və irsini təhqir ediblər.
“Bu gün Tramp Amerika prezidentindən daha çox Rusiya prezidenti Vladimir Putin kimi hərəkət etdi” deyə senator yazıb.
O, həmçinin Zelenskini yorğun döyüşçü adlandırıb.
“Zelenksi avtoritar liderin haqsız və qanunsuz təcavüzü nəticəsində minlərlə dostunu və yoldaşını itirmiş, mühasirəyə düşmüş şəxsdir” deyə əlavə edib.
Qiymət Mahir
tag: ABŞ,Kori Buker,Donald Tramp,Volodimir Zelenski,todaypress.az,