SEPAH yeni döyüş gəmisi aldı

Dünya

28.02.2025 19:50

2565

Fevralın 27-də İran ölkənin cənubundakı Bəndər-Abbas liman şəhərində SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin donanmasına yeni döyüş gəmisini silahlanmaya daxil edib.

TodayPress xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri bildirib ki, döyüş gəmisi göyərtəsində üç raket atan gəmi və bir helikopter daşıya və 750 kilometr mənzilli raketlərlə təchiz oluna bilər. 

Hərbi gəmi 300 km mənzilli raketlərlə silahlanıb və 32 knot sürətlə hərəkət etmək gücünə malikdir. 

Nicat Osman

tag: SEPAH,Hərbi Gəmi,Raket,Silah,Todaypress.az,