Serbiya Aİ və Rusiya arasında
"Serbiya Avropa Birliyinə (Aİ) üzvlük naminə Rusiya ilə döyüşməyəcək".
TodayPress xəbər verir ki, bunu respublikanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.
Onun sözlərinə görə, Aİ-yə daxil olmaq üçün yeganə şərt Rusiya ilə müharibədir. Buna görə də ölkə Aİ-yə üzv olmaqdan imtina edib.
O, həmçinin Serbiyanı anti-Rusiya sanksiyaları tətbiq etməyə razı salmağa çalışmalarından təəssüfləndiyini bildirib.
Türkan İsgəndərli
tag: Serbiya,Aİ,Rusiya,Müharibə,todaypress.az,