Serbiya hökuməti istefaya göndərildi
Serbiya
Milli Assambleyasının bugünkü iclasında Baş nazir Milos Vuçeviç və hökumətin
istefası təsdiq olunub.
TodayPress xəbər verir ki, assambleyanın sədri Ana Brnabiç yeni hökumətin
formalaşdırılması prosesinin martın 20-də başlayacağını bildirib. Qeyd edib ki,
yeni hökumətin formalaşdırılması üçün son tarix aprelin 18-dir. Bu baş
verməzsə, ölkə başçısının parlamenti buraxmaq və parlament seçkilərini təyin
etmək hüququ var.
Xatırladaq ki,
keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin
öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz
aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad
şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər.
Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran
Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları
vəzifələrdən istefa vermişdilər.
tag: Serbiya, Baş Nazir, Milos Vuçeviç, Hökumət, Parlament, todaypress.az,