Serbiya-Macarıstan neft kəmərinin tikintisinə ilin sonu başlanacaq
Serbiya ilə Macarıstan arasında neft kəmərinin tikintisinə ilin sonuna kimi başlanacaq.
TodayPress xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib.
“Bu layihə
daxili bazarda neft tədarükünün təhlükəsizliyi istiqamətində atılan mühüm
addımdır. Artıq kəmərin tikintisi üzrə ilkin layihə və texniki iqtisadi
əsaslandırma sənədi hazırlanıb. İşlərin başlanması isə ilin sonuna
planlaşdırılır. Təchizatın şaxələndirilməsi həm qaz, həm də neft sektorunda
enerji təhlükəsizliyinin açarıdır. Serbiya-Macarıstan boru kəməri təchizatın
uzunmüddətli sabitliyinə töhfə verəcək” deyə nazir bildirib.
tag: Serbiya, Energetika, Neft,Macarıstan, todaypress.az,