Serbiya parlamenti Baş nazirin istefasını qəbul etdi

Dünya

19.03.2025 17:21

1274

Serbiyanın Milli Assambleyası (birpalatalı parlament) ölkənin Baş naziri Miloş Vuçeviçin istefasını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası məlumat yayıb. 

Həmçinin bildirilib ki, əgər aprelin 18-dək yeni hökumət qurulmasa, növbədənkənar parlament seçkiləri iyunun əvvəlində keçiriləcək.

Məlumata görə, yeni hökumətin formalaşdırılması martın 20-də başlayacaq.   

Qeyd edək ki, Vuçeviç yanvarın 28-də prezidentin hökumət dəyişikliyi ilə bağlı açıqlaması fonunda istefa verib. 

 Türkan İsgəndərli

tag: Serbiya,BAş nazir,İstefa,Miloş Vuceviç,Todaypress.az,