Serbiya parlamentinin deputatları arasında dava düşdü

Dünya

04.03.2025 19:20

2765

Martın 4-də Serbiya Respublikası Milli Assambleyasının sessiyası deputatlar arasında davaya çevrilib.   

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.   

Müxalifət deputatları iclası yarımçıq qoymağa cəhd edərək tüstü bombaları atmağa başlayıblar. Bundan sonra iclas iştirakçıları arasında dava düşüb, ən az 3 nəfər yaralanıb.   

Agentlik qeyd edir ki, parlamentin ali təhsilə ayrılan vəsaitin artırılmasını nəzərdə tutan qanun layihəsinə baxması planlaşdırılırdı.

Lakin müxalifət sessiyanı qeyri-qanuni hesab edib və baş nazir Miloş Vuçeviçin istefasının təsdiqlənməsi üçün səsvermənin keçirilməsini tələb edib.   

Aysel Mətləb

tag: Serbiya,Parlament,Dava,Mübahisə,Todaypress.az,