Serbiya Rusiya-Amerika danışıqlarına ev sahibliyi etmək istəyir

Dünya

01.03.2025 13:08

1528

Serbiya Rusiya və ABŞ arasında danışıqlara öz ərazisində ev sahibliyi etməyi təklif edib.

TodayPress xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Aleksandar Vulin məlumat verib. 

Onun sözlərinə görə, bütün təkliflərə baxmayaraq, son qərar Moskva və Vaşinqtondan asılıdır. 

Vulin əlavə edib ki, Serbiyanın beynəlxalq konfranslara ev sahibliyi etmək təcrübəsi var.

Həmçinin Belqrad neytral tərəf olaraq qalmağa davam edir. 

Töhfə Səməd

tag: Serbiya,Rusiya,ABŞ,Görüş,Ev sahibliyi,Todaypress.az,