Serbiya və Macarıstan əməkdaşlığı gücləndirir
Serbiya prezidenti Aleksandr Vuçiç müdafiə sahəsində Serbiya və Macarıstan arasında strateji əməkdaşlığın genişləndirilməsi, eləcə də 2025-ci ilədək maksimum sayda birgə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “RTS” məlumat verib.
Serbiya prezidentinin sözlərinə görə, iki dövlət arasında sazişlər hərtərəfli strateji əməkdaşlığın ən mühüm aspektlərindən biridir. Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban müdafiə sahəsində ölkələrin yaxınlaşmasını sürətləndirmək istəklərini ifadə ediblər.
Qeyd edib ki, Macarıstan və Serbiyanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və bu sahədə strateji əməkdaşlığın həyata keçirilməsinə dair sənəd imzalanıb.
Aysel Mətləb
tag: Serbiya,MAcarıstan,Əməkdaşlıq,Vuçiç,Orban,Todaypress.az,