Serbiyada etirazlar daha da radikallaşa bilər
Serbiyadakı etirazlar yaxın günlərdə daha da radikallaşa bilər.
TodayPress xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib.
"İlk növbədə qeyd etmək istəyirəm ki, etirazçıların əksəriyyəti Serbiyanı sevən vətənpərvərlərdir. Amma onlara rəhbərlik edənlər Qərbin nəzarəti altındadır. Gözləyirəm ki, qarşıdakı günlərdə etirazlar daha radikal xarakter alacaq" deyə o əlavə edib.
Eyni zamanda, nazir müavini Serbiyanın təhlükəsizlik qüvvələrinin ölkəni qorumaq üçün kifayət qədər güclü olduğunu vurğulayıb.
“Yeni hökumət formalaşdıqdan sonra vəziyyət tam nəzarətə götürüləcək” o qeyd edib.
Xatırladaq ki, 2024-cü il noyabrın 1-də Serbiyanın Novi Sad şəhərində dəmir yolu vağzalındakı strukturun dağılmasından sonra respublikada hökumət əleyhinə etirazlar başlayıb və bu günə qədər davam edir. Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırırlar.
Töhfə Səməd
tag: Serbiya,Etiraz,Aksiya,Aleksandr Vulin,todaypress.az,