Serbiyada iqtisadi böhran: Etirazlar alovlanır

Dünya

12.04.2025 18:50

16

Serbiya davam edən tələbə etirazları fonunda 700 milyon avroluq xarici investisiyanı itirib.   

TodayPress xəbər verir ki, bu barədə Balkan respublikası parlamentinin spikeri Ana Brnabiç məlumat verib. 

"İqtisadi nəticələr dəhşətlidir. Biz 700 milyon avroluq investisiyanı əldən verdik. Bu, min yeni iş yeridir, bu, kiminsə maaşı və kiminsə daha yaxşı pensiyasıdır. Lakin bunu daha ağır iş və nizam-intizamla kompensasiya etmək olar" deyə o bildirib. 

Brnabiçin fikrincə, hakimiyyətin üzərində işləməli olduğu ən mühüm şey cəmiyyətdə dialoqun qurulmasıdır.   

Töhfə Səməd

tag: Serbiya,Etirazlar,İqtisadi,Böhran,Todaypress.az,