Serbiyanın yeni Baş nazirinin kimliyi açıqlandı
Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin Baş naziri vəzifəsinə professor Duro Matsutun namizədliyini irəli sürüb.
TodayPress xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyası (RTS) məlumat yayıb.
"Professor Dr. Duro Matsut Baş nazirin vəzifələrini yerinə yetirmək üçün lazım olan peşəkar və şəxsi keyfiyyətlərə, fədakarlığa və səriştəyə malikdir" Vuçiç bildirib.
Qeyd edək ki, yeni hökumət aprelin 18-dək parlament tərəfindən təsdiqlənməlidir, əks halda Serbiya prezidenti parlamenti buraxmaq və erkən seçkilər təyin etmək məcburiyyətində qalacaq ki, bu da iyunda baş tuta bilər.
Töhfə Səməd
tag: Serbiya,Aleksandr Vuçiç,Baş Nazir,Namizəd,Duro Matsut,Todaypress.az,