Sərxoş kişi məscidi dağıtdı
Yakutiyanın paytaxtı Yakutskda sərxoş vəziyyətdə olan şəxs məscidə daxil olaraq dağıntı törədib.
TodayPress xəbər verir ki, bu barədə yerli “SakhaDay” nəşri məlumat yayıb.
Hadisə mayın 5-i səhər saatlarında Abdul-Xalim Auşev adına Mərkəzi Məsciddə baş verib.
Naməlum şəxs ikinci mərtəbəyə çıxaraq divar üzlüyünü zədələyib.
Şahidlərin sözlərinə görə, həmin şəxs özünü qeyri-adekvat aparıb. Hadisədən sonra isə yerə oturaraq könüllü şəkildə polisin gəlməsini gözləyib.
Polis əməkdaşları onu hadisə yerində saxlayıb.
Hücum edən şəxsin motivləri hələlik məlum deyil.
Qiymət Mahir
tag: Yakutiya,Yakutsk,Məscid,Polis ,todaypress.az,