Səudiyyə Ərəbistanının müdafiə naziri Tehrana gəlir
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid Bin Salman bu gün Tehrana səfər edərək İran rəsmiləri ilə görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə Səudiyyə mediası məlumat yayıb.
Bu, iki ölkə arasında münasibətlərin 7 il kəsilməsindən və 2023-cü ilin yazından əlaqələrin bərpasından sonra Səudiyyə Ərəbistanı rəsmisinin İrana ilk yüksək səviyyəli səfəridir.
Səudiyyə Ərəbistanının müdafiə nazirinin Tehrana səfəri zamanı İranın yüksək rütbəli hərbi və siyasi rəsmiləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bağıri ilə görüşü gözlənilir.
Məlumata görə, bu səfər zamanı Qəzzadakı müharibə, Suriya, Livan, Yəmən və İraqdakı vəziyyət, həmçinin İran körfəzi regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq və sabitlik də daxil olmaqla geniş spektrli regional məsələlər müzakirə olunacaq.
tag: Səudiyyə Ərəbistan,Müdafiə Naziri,Tehran,Səfər,Todaypress.az,