Səudiyyə və Qətər Suriyanın 15 milyonluq borcunu ödəyəcək
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon dollarlıq borcunu ödəməyə razılaşıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bu addım Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaranın rəhbərliyi ilə Suriyanın iqtisadi bərpasını dəstəkləməyə yönəlib.
Bununla belə, ABŞ-nin sabiq prezidenti Bəşər Əsəd administrasiyasına tətbiq etdiyi sanksiyalar Suriyanın beynəlxalq yardımlara çıxışında hələ də ciddi maneə olaraq qalır.
Qeyd edilir ki, Suriyanın müharibədən sonrakı bərpası üçün təxminən 400 milyard dollar tələb olunur.
Qiymət Mahir
tag: ABŞ,İran,Suriya,Tramp,Nüvə,Todaypres.az,