Si Cinpin ABŞ-yə səfər edə bilər

Dünya

20.02.2025 11:47

1396

ABŞ prezidenti Donald Tramp  Çin sədri Si Cinpinin ölkələr arasında yeni ticarət sazişi imzalamaq üçün ABŞ-yə səfər edə biləcəyini deyib.

TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Mənim Si Cinpini ilə çox yaxşı münasibətim var. Ancaq unutmayın: O, Çini sevir, mən isə ABŞ-ni. Bilirsiniz, aramızda bir az rəqabət var, amma mənim onunla münasibətim, deyərdim ki, əladır" deyə Tramp qeyd edib.

O əlavə edib ki, Pekinə tətbiq edilən tariflərə və Çinin cavab tədbirlərinə baxmayaraq, Çinlə yeni ticarət razılaşması əldə etməyin mümkün olduğuna inanır.

Tramp həmçinin Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Vaşinqtona yaxınlaşdığını açıqlayıb.

Nicat Osman

tag: Tramp ,ABŞ,Si Cinpin,Çin,Todaypress.az,