Si Cinpin Putinlə nələri müzakirə edəcək?

Dünya

04.05.2025 19:30

20

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə 7-10 may tarixlərində Rusiyada rəsmi səfərdə olacaq.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Si Cinpin səfər çərçivəsində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak edəcək.

Səfər zamanı Çin və Rusiya arasında strateji tərəfdaşlığın inkişafı, beynəlxalq və regional məsələlər müzakirə olunacaq. Həmçinin bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Türkan İsgəndərli

tag: Çin,Rusiya,Si Cinpin,Səfər,todaypress.az,