Si Cinpin Rusiyaya səfər edəcək
Çin Xalq Respublikasının sədri Si Cinpin mayın 7-də Rusiyaya səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sədr 7-10 may tarixlərində Rusiyada rəsmi səfərdə olacaq və Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək.
Qeyd edək ki, səfər çərçivəsində Si Cinpin və Rusiya prezidenti Vladimir Putin bir sıra ikitərəfli hökumətlərarası və qurumlararası sənədləri imzalayacaqlar.
Töhfə Səməd
tag: Si Cinpin,Səfər,Rusiya,Putin,todaypress.az,