Si Cinpin və Donald Tramp apreldə görüşəcək

Dünya

10.03.2025 20:30

1136

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp aprel ayında görüşə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşün Çində baş tutması müzakirə edilir. Qəzetin yazdığına əsasən, hər iki lider istəyir ki, qarşı tərəf ilk olaraq səfər etsin, lakin ilkin müzakirələr Trampın Çinə səfəri üzərində cəmlənib.

“Hər iki ölkə Tramp və Si Cinpin arasında sammitin keçirilməsini müzakirə edir və bu istiqamətdə işləyir. Görüşün apreldə keçirilməsi planlaşdırılsa da, konkret tarix hələ müəyyən edilməyib” deyə mənbə bildirib.

Qəzetin digər mənbəsi isə qeyd edib ki, Trampın Çinə səfəri aprel və ya may aylarında baş tuta bilər.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Si Cinpin,Çin,Todaypress.az,