Si Cinpin xarici şirkət rəhbərləri ilə görüşdü
Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində xarici şirkətlərin rəhbərləri ilə görüş keçirib.
TodayPress “Xinhua”ya istinadən xəbər verir ki, görüş Çin paytaxtındakı Xalq Toplantıları Evində baş tutub.
Martın 23–24-də Pekində keçirilən Çin İnkişaf Forumu çərçivəsində baş tutan tədbirdə əsasən ABŞ-dən olmaqla 80-dən çox beynəlxalq şirkətin nümayəndəsi iştirak edib.
Onlar arasında “Apple”, “AstraZeneca”, “Blackstone”, “BMW”, “Otis”, “Samsung”, “Siemens” və “Pfizer” kimi şirkətlərin rəhbərləri yer alıb.
Qiymət Mahir
tag: Çİn,Si Cinpin,Şirkət,Rəhbər,Görüş,Todaypress.az,