Si Cinpinin səfəri üçün zəngin proqram hazırlanır

Dünya

01.04.2025 19:39

1896

“Çin Xalq Respublikasının sədri Si Cinpinin may ayında Rusiyaya planlaşdırılan səfəri çərçivəsində zəngin proqram hazırlanacaq”.

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “RIA”ya açıqlamasında bildirib.

“Çin Xalq Respublikasının sədri bizim əsas qonağımız olacaq” deyə Rusiya lideri qeyd edib.

Putin vurğulayıb ki, səfər çərçivəsində Si Cinpin 80 illiyi qeyd olunacaq Qələbə bayramına həsr olunmuş tədbirlərdə iştirak edəcək. Eyni zamanda, tərəflər ikitərəfli münasibətləri və beynəlxalq arenadakı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bundan əvvəl prezident Putin Çin XİN rəhbəri Van İ ilə görüşə başlayıb.

Danışıqlarda həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da iştirak edib.

Qiymət Mahir

tag: Rusiya,Putin,Çin,Si Cinpin,Todaypress.az,