"Siemens"in direktoru təyyarə qəzasında həlak oldu

Dünya

11.04.2025 10:24

17

Nyu-Yorkda Hudson çayı üzərində helikopter qəzaya uğrayıb. 

TodayPress xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. 

Helikopterdə məşhur "Siemens" şirkətinin İspaniya və Cənub-Qərbi Avropa bölməsinin baş direktoru Aqustin Eskobar, həyat yoldaşı Merce Camprubi Montal və üç uşağı olublar.

Nəticədə onlar həlak olublar.   

Hadisəyə səbəb pilotun idarəetməni itirməsi olub.

Hadisə zamanı Eskobarın ailəsindən başqa 36 yaşlı pilot da həlak olub.   

Türkan İsgəndərli

tag: Nyu-York,Təyyarə Qəzası,Siemens,Direktor,Ölüm,Todaypress.az,