Sikorski: “Putin hakimiyyətdə olduqca Rusiya Avropa üçün təhdiddir”
Rusiya xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Vladimir Putin hakimiyyətdə qaldığı müddətdə Rusiya Avropa üçün təhlükə olaraq qalacaq.
TodayPress xəbər verir ki, bu barədə onun sözlərini “TVN 24” yayıb.
Sikorskinin fikrincə, Avropa qitəsində qüvvələr balansı və ümumi təhlükəsizlik vəziyyəti Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq:
“Düşünürəm ki, Rusiya kimi böyük qonşumuzun başında Vladimir Putin dayanmağa davam edərsə, gələcəkdə nə edəcəyinə əmin ola bilmərik”.
Daha əvvəl o bildirmişdi ki, əgər Rusiya Ukraynanın sənaye və insan resurslarına nəzarəti ələ keçirsə, bu, onlara onilliyin sonuna qədər daha genişmiqyaslı təcavüzə keçmək imkanı verə bilər. Bu isə Avropada qüvvələr nisbətinin dəyişməsinə səbəb olar.
Polşa XİN rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyətin əsas məqsədi Ukraynanın suverenliyini qorumaq olmalıdır.
Qiymət Mahir
tag: Polşa,Sikorski,Dünya,Rusiya,Putin,todaypress.az,