Sikorski: “Ukraynanın ən böyük təhlükəsizlik zəmanəti ordusudur”

Dünya

30.03.2025 16:05

1889

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Ukraynanın təhlükəsizliyinin əsas təminatı beynəlxalq sazişlər və diplomatik bəyanatlardan çox, ölkənin öz ordusudur.

TodayPress xəbər verir ki, bu barədə o, “TVN 24” telekanalına danışıb.

“Ukraynanın təhlükəsizliyinin ən böyük və ən yaxşı zəmanəti cəsur və yaxşı silahlanmış Ukrayna ordusudur” deyə Sikorski bildirib.

Nazir əlavə edib ki, hazırda Ukraynanın tərəfində Avropanın ən böyük ordusu döyüşür və bu ordu milyonlarla dronun cəlb olunduğu yeni tip müharibə aparmaq təcrübəsinə malikdir.

Qiymət Mahir

tag: Polşa,Sikorski,Dünya,Ukrayna,Ordu,todaypress.az,